Səadət Buta: Aşıq Sona dastanı – VİDEO

Türk dünyasının tanınmış, sevilən şairələrindən biri də “Sazın sözün Butası” təşkilatının sədri Səadət Butadır. 16 kitab, 10-dan çox poema və bir neçə dastan müəllifi olan Səadət Buta, qələmə aldığı dastanlardan birini də Aşıq Sonaya həsr edib. 2008-ci ildə işıq üzü görən “Başkeçid yaylası, Anam laylası” kitabında yer alan bu dastanı Səadət Butanın elə öz dilindən siz dəyərli izləyicilərimizə təqdim edirik: