Gürcüstan Türkiyədə zəlzələdən zərər çəkənlərə 100 tondan çox yardım göndərib

Gürcüstan Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 7 yük maşını ilə 100 tondan çox humanitar yardım göndərib.

Bu barədə Gürcüstan səhiyyə naziri Zurab Azaraşvili bildirib.

Nazir qeyd edib ki, müxtəlif təyinatlı mallardan ibarət humanitar yarım dünən Türkiyəyə yola salınıb. Əlavə edib ki, humanitar yardıma ərzaq, quru qidalar, uşaq qidaları, gigiyena vasitələri, isti paltarlar, çadırlar, müxtəlif tibbi avadanlıqlar və xilasetmə işlərində istifadə edilən zəruri əşyalar daxildir.

Zurab Azaraşvili yük maşınlarının gecə saatlarında Ankaraya çatacağını və yüklərin yerli hökumətin tələbi əsasında bölüşdürüləcəyini qeyd edib.