Prezident: “Həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış olmağımız dostluğumuzu daha da gücləndirir”

Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay bundan əvvəl biz Gürcüstanda Sizin qonağınız idik və bu gün Siz Azərbaycandasınız.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Baş nazir İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında söyləyib.

“Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün Siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir. Çünki, beləliklə, biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə də tanış oluruq və bu, bizim dostluğumuzu daha da gücləndirir”, – dövlət başçısı əlavə edib.