Fransanın XİN rəhbəri Gürcüstana səfərə gəlib
Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolona regiona səfəri çərçivəsində Gürcüstana gəlib.
Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) yayıb.
Bildirilib ki, fransalı nazir Gürcüstana səfəri çərçivəsində həmkarı İliya Darçiaşvili ilə görüş keçirəcək və tərəflər daha sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Katrin Kolonanın Baş nazir İrakli Qaribaşvili və Gürcüstan Prezidenti Salome Zurabişvili ilə də görüşləri planlaşdırılıb.
Qeyd edək ki, bu, Fransa xarici işlər nazirinin 2018-ci ildən sonra Gürcüstana ilk səfəridir.