Fransa Gürcüstana bu sahədə yardım edəcək
Fransa Gürcüstana Aİ-yə daxil olmaq üçün zəruri olan islahatları həyata keçirməyə yardım edəcək.
Bunu Fransanın xarici işlər naziri Katerina Kolonna İsveçdə keçiriləcək Aİ xarici işlər nazirləri iclasından öncə deyib. Nazir qeyd edib ki, Gürcüstanın gələcəyi Avropa ilədir.
“Biz həqiqətən də Gürcüstana mümkün qədər çox yardım etməyə hazırıq və Gürcüstan özü də özünə mümkün qədər yardım etməlidir”.
Katerina Kolonna Fransanın Gürcüstana islahatların həyata keçirilməsi üçün texniki dəstək verilməsinə yardım edə biləcəyini qeyd edib.