Moldova Prezidenti Saakaşvilinin bu görüntülərindən danışdı – FOTO
Moldova Prezidenti Maya Sandu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə çağırış edib.
RealNews xəbər verir ki, bununla bağlı Moldova dövlət başçısı “Twitter” hesabında paylaşım edib.
Saakaşvilinin məhkəmədəki ağır görüntülərindən dərin narahatlıq keçirdiyi bildirən Prezident Sandu onun həbsdə olduğu müddətdə səhhətinin kəskin şəkildə pisləşdiyini vurğulayıb.
“Gürcüstan hakimiyyətini onun sağlamlığına əhəmiyyət verməyə və təcili olaraq xaricdə onun həyatı üçün vacib olan müalicəni təmin etməyə çağırıram”, – Moldova Prezidenti qeyd edib.
Deeply disturbed by the distressing images of @SaakashviliM in court, revealing severe health deterioration during his time in prison. Urging Georgian authorities to prioritize his well-being and urgently provide access to vital medical treatment abroad.
— Maia Sandu (@sandumaiamd) July 4, 2023