Tetricğaroda cüyür öldürən şəxs 5000 lari cərimələnib

Tetricğaro bələdiyyəsində qanunsuz ov faktı aşkarlanıb.

Bu barədə Ətraf Mühitin Mühafizəsinə nəzarət departamenti məlumat yayıb.

Qeyd edilib ki, Tetricğaro bələdiyyəsində, Fitareti monastırının yaxınlığında brakonyer cüyür öldürüb.

Saxlanılan şəxsin yanında iki ov silahı olub. Qanun pozuntusu nəticəsində ətraf mühitə dəymiş zərərin məbləği 5 min lari olaraq qiymətləndirilib.

Onu da bildirək ki, Ətraf Mühitin mühafisinə nəzarət departamentinin əməkdaşları tərəfindən aşkar edilmiş brakonyerlik faktı üzrə Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Tetricğaro rayon şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 301-ci maddəsinin 2-ci hissəsi ilə araşdırma başladılıb.

Bizi WhatsApp – da izləyin.