Gürcüstan-Rusiya sərhədi bağlanıb – RƏSMİ
Gəlirlər Xidmətinin məlumatına görə, Dəryal dərəsindəki çətin meteoroloji şərait səbəbindən yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Kazbegi” gömrük-buraxılış məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb.
Buraxılış məntəqəsindən keçməklə Gürcüstan gömrük sərhədinə mal gətirilməsi və çıxarılması, eləcə də dövlət sərhədini keçən fiziki şəxslərə gömrük nəzarəti prosedurlarının həyata keçirilməsi mümkün deyil.
“Hava şəraiti yaxşılaşdıqdan sonra, “Kazbegi” Sərhəd Gömrük Məntəqəsi adi rejimdə, tam gücü ilə fəaliyyətini davam etdirəcək. Beləliklə, sərnişinlərin və yüklərin keçidi maneəsiz həyata keçiriləcək”, – deyə Gəlirlər Xidmətindən bildirilib.
Bizi WhatsApp – da izləyin.