Aksiya iştirakçılarına və media nümayəndələrinə qarşı zorakılıq göstərmə faktı üzrə istintaq başladılıb
Xüsusi İstintaq Xidməti parlamentin yaxınlığında keçirilən aksiya zamanı hüquq-mühafizə orqanlarının aksiya iştirakçılarına və media nümayəndələrinə qarşı vəzifə səlahiyyətlərini aşaraq zorakılıq göstərmə faktı üzrə istintaqa başlayıb.
RealNews.ge xəbər veror ki, bu barədə İmedinews-ə Xüsusi İstintaq Xidmətindən bildirilib.
İstintaq Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “b” bəndi ilə başladılıb.
“Xüsusi İstintaq Xidməti cari ilin 28-29 noyabr tarixlərində parlamentin yaxınlığında keçirilən aksiya zamanı daxil olmuş müraciətlər və mediada yayımlanmış video görüntülər əsasında hüquq-mühafizə orqanlarının aksiya iştirakçılarına və media nümayəndələrinə qarşı zorakılıqla vəzifə səlahiyyətlərini aşması faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “b” bəndi ilə istintaqa başlayıb.
Xüsusi İstintaq Xidməti bütün zəruri istintaq hərəkətlərini aktiv şəkildə həyata keçirir”, – deyə Xüsusi İstintaq Xidmətindən bildirilib.
Bizi WhatsApp – da izləyin.