6 dekabr tarixinə olan valyuta məzənnəsi: Lari dəyər qazanıb…

6 dekabr tarixinə olan valyuta məzənnəsinə əsasən, milli pul vahidi lari dollar və avro qarşısında dəyər qazanıb.

Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Milli bankın məlumatına görə, dekabrın 6-da bir ABŞ dolları 2,8274 lari, bir avro isə 2,9767 lari olacaq. Qeyd edək ki, ötən gün bir ABŞ dolları 2,8468 lari, bir avro iso 2,9894 lari təşkil edib.

Bizi WhatsApp – da izləyin.