Suriya müxalifətinin lideri ilk ictimai çıxışını edib
Suriya müxalifətinin lideri Əbu Məhəmməd Əl-Culani baş verənləri bütün Yaxın Şərq üçün yazılmış yeni tarix adlandırıb.
RealNews.ge “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, o, Dəməşqdəki simvolik Əməvi məscidində qələbə nitqi söyləyib.
“Biz bu ölkənin qanuni sahibləriyik. Biz döyüşdük və bu gün də bu qələbə ilə mükafatlandırıldıq”, – Əl-Culani qeyd edib.
Qeyd edək ki, bu, onun Dəməşqə gəlişindən sonra ilk ictimai çıxışıdır.
Bizi WhatsApp – da izləyin.