Bidzina İvanişvilinin sərvəti 1 ildə 1 milyard dollardan çox artıb
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili 7,73 milyard dollar sərvəti ilə “Bloomberg” nəşrinin milyarderlər siyahısında 391-ci yerdə qərarlaşıb.
Nəşrin məlumatına əsasən, ilin əvvəlindən 9 noyabr tarixinədək milyarderin sərvəti 1,13 milyard dollar artıb. Nəşrin siyahısında ümumilikdə 500 milyarder yer alıb.
“Bloomberg”in məlumatına görə, İvanişvilinin sərvətinin böyük hissəsi səhmlər, sabit gəlirli aktivlər, nağd vəsaitlər, alternativ investisiyalar və əmtəələrdən ibarətdir. Bundan əlavə, İvanişvili 1 milyard dollarlıq incəsənət əsərləri kolleksiyası toplayıb.
Məlumat üçün bildirək ki, İvanişvili öz sərvətini 1990-cı illərdə Rusiyada qazanıb və daha sonra Gürcüstana köçüb, burada uzun müddət xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. 2011-ci ildən isə o, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasını qurub.
Bizi WhatsApp – da izləyin.