Sosial şəbəkələrə nə oldu? – RƏSMİ AÇIQLAMA
Vatsap, feysbuk və istaqramın işində fasilə yaranıb.
Problemlə bağlı dünya üzrə istifadəçilər “Down Detector”a məlumat ötürüblər.
Məlumata görə, feysbuk istifadəçiləri giriş və yazıların yüklənməsi ilə bağlı, vatsap və instaqramda isə mesajların göndərilməsi və ya tamamilə uğursuz giriş haqqında problemlərdən şikayətləniblər.
Qeyd edək ki, problem sosial şəbəkələrin Gürcüstan seqmentində də yaranıb.
“Meta” mövcud problemlə bağlı “X”də açıqlama yayıb:
“Biz texniki problemin bəzi istifadəçilərimizə tətbiqlərə daxil olmaq çətinlik yaratdığını bilirik. İşləri mümkün qədər cəld və normal vəziyyətə gətirmək üçün çalışırıq. Yaranan narahatlığa görə üzr istəyirik”.