Qardabanidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb – FOTO
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
Bu barədə RealNews-a mərkəzdən bildirilib.
Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Şahverdiyeva şagirdlərə Heydər Əliyevin zəngin və mənalı ömür yolu,həyat və fəaliyyətinə dair açıq dərs keçib. Dərsə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsilə başlanılıb.
Mərkəzin üzvləri həmçinin Rustavi şəhərində yerləşən Ümummilli liderin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər.
Bizi WhatsApp – da izləyin.