DİQQƏT! Övladınızın bu hərəkətinə görə 300 lari cərimə oluna bilərsiz

Azyaşlının hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmaması valideynin cərimələnməsinə səbəb olacaq.

Bu barədə qanuna dəyişiklik edilib. Belə ki, azyaşlının hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmamasına görə valideyn və ya qanuni nümayəndəsi 100-300 lari məbləğində cərimələnəcək.

Parlament qanuna müvafiq dəyişiklikləri iki oxunuşda qəbul edib. Bu gün dekabrın 13-də keçiriləcək iclasda isə sözügedən qanun üçüncü oxunuşda təsdiqlənəcək.

Bizi WhatsApp – da izləyin.