Gürcüstanın 6-cı Prezidenti Mixeil Kavelaşvili oldu

Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.

Belə ki, Mərkəzi Seçki Komissiyası bu gün parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb.

Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu, hakim partiyanın “Xalqın gücü” fraksiyasının həmtəsisçisi Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.

Hazırki Prezident Salome Zurabişvili isə parlamenti və prezident seçkisini legitim hesab etmədiyi üçün səlahiyyət müddətinin davam edəcəyini bəyan edib.

Məlumat üçün onu da bildirək ki, yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.

Bizi WhatsApp – da izləyin.