SON DƏQİQƏ! Qudauridə 12 nəfərin cəsədi tapılıb
Qudauridə 12 nəfər dünyasını dəyişib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Mtsxeta-Mtianeti Polis Departamentinin əməkdaşları Qudauridə baş vermiş ehtimal olunan bədbəxt hadisə ilə bağlı araşdırmaya Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam ölümünə səbəb olmanı nəzərdə tutan 116-cı maddəsi əsasında başlayıblar.
Qudauridə yerləşən hind restoranının ikinci mərtəbəsində təşkil edilmiş yataqxana sahəsində, ehtimal ki, həmin obyektin əməkdaşları olan 12 nəfərin cəsədi tapılıb.
İlkin müayinə zamanı cəsədlərdə zorakılıq izləri aşkar edilməyib.
Həmçinin ilkin araşdırma məlumatlarına görə, yataq otaqlarının yaxınlığında, qapalı daxili məkanda elektrik generatoru quraşdırılıb ki, bu da ehtimal ki, obyektə elektrik enerjisinin verilməsi dayandırıldıqdan sonra işə salınıb.
Həlak olan 12 nəfərdən 11-i xarici vətəndaş, biri isə Gürcüstan vətəndaşıdır.
“Hadisə ilə bağlı intensiv istintaq tədbirləri həyata keçirilir, hadisə yerində ekspert-kriminalistlər işləyir, işə aidiyyəti olan şəxslər dindirilməkdədir. Müvafiq ekspertizalar təyin edilib. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunub.” – deyə məlumatda bildirilib.
Bizi WhatsApp – da izləyin.