Qardabanidə beynəlxalq döyüş gecəsi keçirilir – CANLI
Qardabani Fight Clubun məşqçisi Hacı Vəliyevin təşkilatçılığı ilə Qardabanidə beynəlxalq döyüş gecəsi keçirilir.
Belə ki, yerli, eləcə də Azərbaycan, Türkiyə, İran və bir sıra digər ölkələrdən gələcək idmançılar dekabrın 20-də saat 19:00-da Qardabani bələdiyyəsinin Kosalı kəndində “Kosalı Şadlıq Sarayında” üz-üzə gələcəklər.
Döyüş gecəsi çərçivəsində ümumilikdə 12 kikboks və 4 MMA qarşılaşması baş tutacaq.