United Airlines təyyarəsinin təkər bölməsində insan cəsədi aşkarlanıb
ABŞ-ın United Airlines hava yolu şirkətinə məxsus təyyarənin təkər bölməsində Havay adalarından birində enişdən sonra insan meyiti aşkar edilib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, təyyarə Çikaqodan Havay istiqamətində reys həyata keçiririb. Eniş etdikdə, hava limanının xidmət personalı təyyarənin təkər bölməsində sıxışmış insan cəsədini aşkar edib.
Hava yolu şirkəti şəxsin necə təkər bölməsinə daxil olması barədə məlumatlı deyil. Hadisə ilə bağlı istintaq başladılıb.
Bizi WhatsApp – da izləyin.