Marneuli-Bolnisi yolunda iki azyaşlının ölümünə səbəb olan 21 yaşlı sürücü saxlanılıb – RƏSMİ

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları tərəfindən isti izlə həyata keçirilən operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneuli-Bolnisi avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2003-cü il təvəllüdlü sürücü saxlanılıb.

İstintaqla müəyyən edilib ki, həmin şəxs idarə etdiyi avtomobillə dörd sərnişinlə birlikdə avtomobil yolunda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki piyada yeniyetmə xəsarət alıb, onlardan biri hadisə yerində, digəri isə tibb müəssisəsində dünyasını dəyişib.

İstintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə aparılır.

Bizi WhatsApp – da izləyin.