Qardabani, Marneuli, Bolnisi, Rustavi… – PROQNOZ
31 dekabr və 1 yanvarda Gürcüstanın bəzi yerlərində yağış yağacaq, yüksək dağlıq ərazilərdə qar yağacaq, 2 yanvardan etibarən isə əksərən yağıntısız hava şəraiti gözlənilir. Bu barədə Ətraf Mühit Milli Agentliyi məlumat yayıb. Məlumata əsasən, Tbilisidə yağıntısız hava olacaq. Gündüz temperaturu +6, +8 dərəcə olacaq.
Sahil bölgələrində (Batum, Kobuleti, Anaklia, Poti):
31 dekabr və 1 yanvarda yağış yağacaq, 2 yanvardan etibarən yağıntısız hava gözlənilir. Gündüz temperatur +12, +14 dərəcə olacaq.
Qərbi Gürcüstanın düzənlik bölgələrində (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti):
31 dekabr və 1 yanvarda bəzi yerlərdə yağış yağacaq, 2 yanvardan sonra əksərən yağıntısız hava gözlənilir. Gündüz temperatur +13, +15 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsageri, Şovi, Chiatura, Saçxere, Xulo, Rikoti aşırımı):
2 yanvara qədər bəzi yerlərdə yağıntılı hava olacaq, daha sonra əksərən yağıntısız hava şəraiti gözlənilir. Gündüz temperatur +8, +10 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro):
31 dekabr və 1 yanvarda bəzi yerlərdə qar yağacaq, 2 yanvardan sonra əksərən yağıntısız hava gözlənilir. Gündüz temperatur -1, -3 dərəcə olacaq.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali:
31 dekabrda bəzi yerlərdə yağış yağacaq, 1-3 yanvarda isə əksərən yağıntısız hava olacaq. Gündüz temperatur +5, +10 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Sığnağ, Laqodexi, Qvareli, Axmeta, Dedoplitskaro):
Əksərən yağıntısız hava olacaq. Gündüz temperatur +10, +12 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri):
2 yanvara qədər bəzi yerlərdə qar yağacaq, sonra isə əksərən yağıntısız hava gözlənilir. Gündüz temperatur +4, +6 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo):
2 yanvara qədər bəzi yerlərdə qar yağacaq, 2 yanvardan sonra isə əksərən yağıntısız hava olacaq. Gündüz temperatur 0, +5 dərəcə olacaq.
Bizi WhatsApp – da izləyin.