Ağır yol qəzasında bir nəfər ölüb, çox sayda yaralı var

Kareli Bələdiyyəsinin Ruisi kəndi yaxınlığında mikroavtobusla yük maşını toqquşub.

Məlumata görə hadisə zamanı mikroavtobusda olan 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Xidmətinin xilasediciləri və patrul polisi cəlb olunub. Faktla bağlı Cinayət Məcəllənin nəqliyyatın təhlükəsiz hərəkəti və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə istintaq başladılıb.