Məktəblərdə bir sıra dəyişikliklər nəzərdə tutulur
Ümumtəhsil pillələrinə dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, icbari əsas təhsil 9-cu sinif əvəzinə, 10-cu sinif üzrə müəyyən ediləcək və şagirdlər 10-cu sinif də daxil olmaqla icbari təhsillə təmin olunacaqlar.
Bu barədə Təhsil və Elm Nazirliyinin hazırladığı layihədə qeyd edilib və yaxın vaxtlarda parlamentə təqdim ediləcəyi gözlənilir.
Gürcüstanda ümumi təhsilin üç səviyyəsinin aşağıdakı kimi müəyyən edildiyi nəzərə alınmaqla parlamentdə “Ümumi təhsil haqqında” qanuna dəyişiklik təşəbbüsü irəli sürülüb. Belə ki, ibtidai (6 illik – I-VI siniflər), əsas hissə (4 illik VII-X siniflər) və orta (2 il – XI -XII siniflər) nəzərdə tutulur.
Dəyişikliyə uyğun olaraq, baza səviyyəsi 1 il artırılaraq 4 ilə, üç illik orta təhsil isə 2 ilə endirilir ki, tam ümumi təhsil 12 il olaraq qalır.
Nazirliyin məlumatına görə, 9-cu sinfi bitirdikdən sonra məktəbi tərk edən şagirdlərin sayı kifayət qədər çoxdur. Təkcə 2023-cü ildə 3200 şagird məktəbi tərk edib, onların əmək bazarında məşğulluq perspektivləri isə bilik və yaşa görə çox aşağıdır. Qeyd edək ki, qanun layihəsi qəbul olunarsa, baza səviyyəsinin fənn standartlarının məzmun hissəsi (misal olaraq: biologiya, coğrafiya, tarix, vətəndaş təhsili və s.) 4 sinfə və icbari siniflərə paylanacaq.