Yellouston parkında güclü hidrotermal partlayış baş verib
Yellouston Milli Parkında hidrotermal partlayış baş verib.
Bu barədə parkın saytında məlumat verilib.
İlkin məlumata görə, xəsarət alan olmayıb, lakin partlayışın miqyası hələlik bəlli deyil. Parkın mətbuat xidməti partlayışın vulkanik sistemə təsir etmədiyini bildirir.
Sosial şəbəkələrdə istifadəçilər vulkan püskürmə yerini sürətlə əhatə edən böyük su sütununun yerdən qopduğunu əks etdirən video yayımlayıblar.