Baş nazir İrakli Kobaxidze şərab festivalında iştirak edib – FOTO

Baş nazir İrakli Kobaxidze parlament sədri Şalva Papuaşvili və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə birlikdə Qurcaani şərab festivalında iştirak edib.

Bu barədə hökumət administrasiyası məlumat yayıb.

Hökumət başçısı sahibkarlar və şərab istehsalçılarının guşələrini ziyarət edib, “Aisi” peşə məktəbinin və sahibkarların əl işləri stendləri ilə tanış olub, eləcə də “Saqpatent”in coğrafi mənşə adı və coğrafi göstəricilərin qeydiyyatı, qorunması və istifadəsi ilə bağlı sərgisinə baxış keçirib və yerli əhali ilə söhbət edib.

Qurcaani şərab festivalı çərçivəsində İrakli Kobaxidze şouya qatılıb, burada şərab dequstasiyası keçirilib və çurçxela hazırlama prosesində iştirak edib.

Bizi WhatsApp – da izləyin.