Rusiyanın axtarışında olduğu Gürcüstan vətəndaşının kimliyi bəlli olub

Rusiya Gürcüstan vətəndaşı Aleksandre İnasaridze və Ukrayna vətəndaşı Sergey Andreçenkonu Kerç körpüsünün partladılmasında ittiham edərək, onların barəsində dövlətlərarası axtarış elan edib. Bu məlumat Rusiya mediası tərəfindən təqsirləndirilənlərin iş materiallarına əsasən yayılıb.

“Bu cinayət işi 2024-cü il fevralın 14-də Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsində Gürcüstan vətəndaşı İnasaridze A. ilə bağlı açılıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin ‘b’ bəndi ilə nəzərdə tutulmuş cinayətdə (terror aktı nəticəsində insanın ölümü), 222.1-ci maddənin 4-cü hissəsi ilə nəzərdə tutulmuş cinayətdə (partlayıcı maddələrin qrup şəklində qanunsuz əldə edilməsi) və Cinayət Məcəlləsinin 226.1-ci maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulmuş cinayətdə (təşkil olunmuş qrup tərəfindən partlayıcı maddələrin qaçaqmalçılığı) ittiham olunur”, – iş materiallarında qeyd olunur.

“İnasaridze və Andreçenko dövlətlərarası axtarışa verilib”, – iş materiallarında göstərilir.

Xatırladaq ki, 2022-ci il oktyabrın 8-də Krım körpüsündə yük maşını partladılıb. Dörd nəfər həlak olub, körpünün Krım istiqamətinə gedən avtomobil hissəsinin iki zolağı dağıdılıb.

Bizi WhatsApp – da izləyin.