Yol qəzası nəticəsində hamilə qadın dünyasını dəyişib

Kobuletidə yol qəzası nəticəsində bir nəfər həlak olub. Hadisə Xuçubani kəndində baş verib. Mövcud məlumata görə, avtomobil ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 18 yaşlı hamilə qadın hadisə yerində ölüb, onun həyat yoldaşı isə ağır yaralanıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaqa başlayıb.

Bizi WhatsApp – da izləyin.