Savalan Mirzəyev: Xalq 26 oktyabrda öz azad seçimini edərək, Gürcü Arzusu partiyasına dəstəyini göstərəcək
“Xalq 26 oktyabrda öz azad seçimini edərək, Gürcü Arzusu partiyasına dəstəyini göstərəcək.”
Bu sözləri RealNews-a verdiyi müsahibəsində Gürcü Arzusu partiyasının deputatlığa namizədi Savalan Mirzəyev bildirib.
“Parlament seçkiləri Gürcüstanın müqəddəratının həll olunması günüdür. Bu seçkilər Gürcüstanda çox önəmli olduğundan Qərb seçkilərə müdaxilə etmək istəyir və çalışırlar ki, öz maraqlarını həyata keçirsinlər. Ancaq mən düşünürəm ki, bu mümkün olmayacaq. Çünki, hansı partiyanı seçəcəklərinə, Gürcüstan xalqı qərar verir. Bu gün Gürcüstanın milli maraqlarına xidmət edən partiya, məhz Gürcü Arzusu partiyasıdır. Bizə, partiyamıza, partiya rəhbərliyinə qarşı qərb tərəfindən olan təzyiqlər heç bir nəticə verməyəcək.” – deyə Savalan Mirzəyev qeyd edib.
Gürcüstanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa edəcəyini vurğulayan Savalan Mirzəyev ölkədə ikinci cəbhənin açılması məsələsinə də toxunub:
“Gürcüstanda ikinci cəbhə açılmayacaq. Gürcüstan sülh yolu ilə öz ərazi bütövlüyünü bərpa etmək yolunu seçib. Xalq 26 oktyabrda öz azad seçimini edərək, Gürcü Arzusu partiyasına dəstəyini göstərəcək” – deyə Savalan Mirzəyev diqqətə çatdırıb.
Bizi WhatsApp – da izləyin.