Sinoptiklər xəbərdarlıq edir: HAVA KƏSKİN DƏYİŞƏCƏK
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, 17-18 oktyabr tarixlərində Gürcüstanda yağış, bəzi yerlərdə güclü yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Qərb istiqamətində güclü külək, mümkün ildırım çaxması, dolu, dənizdə 3-4 ballıq fırtına olacaq.
Gözlənilən yağıntılar Gürcüstanın çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta).