Rustavidəki məşhur restoranlardan birində bir nəfər qəflətən dünyasını dəyişib – POLİS ARAŞDIRMA BAŞLADIB

Rustavi şəhərindəki məşhur “Xinklis saxli” (Xəngəl evi) restoranında musiqiçilərdən birinin qəflətən halı pisləşib.

Yerli mətbuatın məlumatına görə, dərhal təcili tibbi yardıma xəbər verilsə də, təqribən 60 yaşındakı kişi dünyasını dəyişib.

Hadisə yerinə polis cəlb edilib. Araşdırma aparılır.