DİQQƏT! Bu gündən vətəndaşlar üçün pulsuz olacaq

4 noyabr tarixindən etibarən ölkə üzrə bütün vətəndaşlar üçün mövsümi qripə qarşı peyvəndləmə pulsuz olacaq. Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, immunizasiya Abbott Biologicals B.V. istehsalı olan dörd komponentli peyvəndlə aparılır ki, bu da ÜST tərəfindən tövsiyə edilən peyvəndlərdən biridir.

“Peyvənd qrip mövsümündə gözlənilən virus ştamlarına uyğunlaşdırılıb. Qrip virusuna qarşı peyvəndləmə proqram çərçivəsində ilk mərhələdə risk qrupları üçün aparılıb. İndiyə qədər ölkə üzrə 37 mindən çox vətəndaş artıq peyvənd olunub. Peyvəndləmə xidmətini göstərən tibb müəssisələrində altı aylıq yaşdan peyvəndləmə mümkündür və tamamilə pulsuzdur”, – deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Bizi WhatsApp – da izləyin.