Qardabani Təhsil və İnteqrasiya Mərkəzində “Zəfər Günü” qeyd olunub – FOTO

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Azərbaycan Resbubilkasının “Zəfər Günü” qeyd olunub.

Tədbirdə ilk öncə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib. Hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib. Daha sonra Mərkəzin direktoru Çiçək Hüseynova çıxış edərək İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsindən danışaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad etdiyini diqqətə çatdırıb.

Digər çıxış edənlər də postmüharibə dövründə aparılan sülh danışıqları, Ermənistanın Azərbaycana qarşı mina terroru, Qərbi Azərbaycanda ötən əsrdə ermənilər tərəfindən deportasiyaya məruz qalan azərbaycanlılar haqqında danışıblar.

Mərkəzin təsisçisi Raul Əliyev öz çıxışında bildirib ki, 8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir. O, Gürcüstanında tezliklə ərazi bütövlüyünün bərpa olunmasını arzulayıb.

Qeyd edək ki, tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.