COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin birinci plenar iclası keçirilib.

İclasa sədrlik edən COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbirin gündəliyi və müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxışlarında təmsil etdikləri ölkə və qurumların iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində atdığı addımlar, qarşıda duran hədəflərə nail olunması ilə bağlı öhdəliklərin icrası istiqamətində görülən işlər barədə məlumat veriblər. Çıxışlarda, həmçinin Azərbaycanın COP29-u uğurla təşkil etməsinə və göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlıq ifadə olunub.

COP29-un Liderlər Sammitinə noyabrın 13-də yekun vurulacaq.