Bu bələdiyyədə uşaqlara 400 lari yardım göstərilir

Ninotsminda bələdiyyəsinin büdcəsindən sosial yardım proqramında göstərilən 18 yaşına qədər şəxslərə üç kateqoriyada maddi yardımlar göstərilir.

Belə ki, statuslarına uyğun olaraq uşaqlar 150-400 lari məbləğində yardım alacaqlar.

0-18 yaş arasında dörd uşağı olan ailələrə 300 lari, hər növbəti uşaq üçün isə 50 lari təyin edilib.

Yeni doğulan uşaqlar üçün isə 400 lari məbləğində birdəfəlik pul yardımı nəzərdə tutulub. Bu yardım, doğum tarixindən bir il ərzində müraciət edildikdə və yeni doğulmuş uşağın valideynlərindən biri bələdiyyə ərazisində qeydiyyatdan keçmiş olduğu halda verilir.

Həmçinin, 18 yaşına qədər uşağı olan ailə başçısını itirmiş ailələrə, sosial reytinq ballarından asılı olmayaraq, 150 lari məbləğində yardım ayrılır.

Bizi WhatsApp – da izləyin.