G7 sammiti bu tarixdə keçiriləcək

Yeddilik Qrupu (G7) sammiti 15-17 iyun tarixlərində Kanadanın Kananaskis kurort bölgəsində (Alberta) keçiriləcək.

bu barədə xarici KİV məlumat yayıb.

Bildirilir ki, görüşün təşkilinə məsul olan şəxslər onun keçirilməsinin digər təfərrüatlarını hələlik gizli saxlayırlar.

Qeyd edək ki, Kalqari yaxınlığında yerləşən Kananaskisdə belə sammit ikinci dəfə keçiriləcək.

Bizi WhatsApp – da izləyin.