Saxta pul satan şəxs saxlanılıb – çox sayda 100 dollarlıq… – FOTO
Saxta pul satışı faktı üzrə bir nəfəri saxlanılıb.
Bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Belə ki, məlumata görə həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta pul satışı faktı üzrə bir nəfəri saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz maddi qazanc əldə etmək məqsədilə Şida Kartli regionunda ümumilikdə 6 500 ABŞ dolları məbləğində 41 ədəd 100 dollarlıq və 48 ədəd 50 dollarlıq saxta əskinasları dövriyyəyə buraxıb. Həmin əskinaslar istintaq tədbirləri nəticəsində tam şəkildə götürülüb.
İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır ki, bu da cəza tədbiri kimi 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.