Baş nazir: Gürcüstanın qaranlıq keçmişinə qayıtmaması üçün “Nürnberq prosesi” lazımdır
Gürcüstanın öz qaranlıq keçmişinə qayıtmaması üçün bir növ “Nürnberq prosesi” lazımdır.
Bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
“Biz ölkəmizi sona qədər geri almalıyıq, bunun üçün hər şeyin öz adı – cinayətkarın cinayətkar, xarici agentin isə xarici agent çağırılması lazımdır. Əslində bu cinayətlər məlumdur, bu həbsxanalarda insanların qətli, işgəncələr, biznes reketliyi, 2008-ci ildəki hərbi cinayətlərdir. Bütün bunlar bizə məlumdur, lakin hər şeyi bir daha aydınlaşdırmaq lazımdır ki, ictimaiyyətə hər şey xatırladılsın.
Bizə bir növ “Nürnberq prosesi” lazımdır ki, Gürcüstan heç vaxt 2004-2012-ci illərdəki öz qaranlıq keçmişinə qayıtmasın. Heç kim ölkəmizi 2012-ci ildən əvvəl fəaliyyət göstərən rejimə qaytarmamalıdır. Bu, kənardan idarə olunan qanlı rejim idi, onun cinayətləri dəqiqliklə Parlamentin İstintaq Komissiyası çərçivəsində araşdırılacaq”, – Baş nazir qeyd edib.
Bizi WhatsApp – da izləyin.