Mask “Azadlıq radiosu” və “Amerikanın səsi”nin bağlanmalı olduğunu deyib – FOTO

Amerikalı milyarder İlon Mask ABŞ-nin “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu deyib.

Bu barədə “X” hesabında paylaşım edən Mask bu media orqanlarına heç kimin qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini deyib.

“Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır”, – deyə o bildirib.

Bizi WhatsApp – da izləyin.