Bakı-Tbilisi-Bakı qatar reysinin bərpa ediləcəyi tarix bəlli olub
Aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatar reysinin bərpa ediləcəyi gözlənilir.
Azərbaycan mətbuatının yaydığı xəbərə görə, bu barədə hökumətdəki mənbələrdən Gununsesi nəşrinə məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.
Bildirilib ki, aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı yenidən fəaliyyətə başlayacaq. Sərnişindaşıma İsveçrənin “Stadler” qatarları vasitəsilə həyata keçiriləcək.
Bizi WhatsApp – da izləyin.