RƏSMİ: Azərbaycanla Gürcüstan arasında qatarla sərnişindaşımanın bərpası planlaşdırılmır

Son günlər bir sıra Azərbaycan saytlarında aprel ayından Azərbayan-Rusiya, Azərbaycan-Gürcüstan arasında dəmir yolları vasitəsilə sərnişindaşımanın bərpa olunacağına dair məlumatlar yayımlanıb.

“Azərbaycan Dəmir Yolları” QSC sözügedən məsələyə aydınlıq gətirib.

Bildirilib ki, bu mərhələdə Azərbaycan-Gürcüstan arasında dəmir yolu vasitəsi ilə sərnişindaşımanın bərpası planlaşdırılmır. Qeyd edilib ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğundan bütün istiqamətlərə beynəlxalq sərnişindaşıma dayandırılıb.

“Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir”.

Bizi WhatsApp – da izləyin.