Gürcüstan vətəndaşları bu ölkəyə sadələşdirilmiş qaydada səfər edə biləcəklər

Gürcüstan və Malayziya tərəflərinin birgə əməkdaşlığı nəticəsində Gürcüstan vətəndaşları üçün Kuala-Lumpur Beynəlxalq Hava Limanında sadələşdirilmiş pasport nəzarəti proseduru tətbiq edilib. Bu, Gürcüstan vətəndaşlarına immiqrasiya nəzarət məntəqəsindən keçmədən ölkəyə daxil olmağa imkan verir.

Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb.

Qurumun bildirdiyinə görə, Gürcüstan vətəndaşları Malayziyaya səfər etməzdən əvvəl 72 saat ərzində onlayn ərizə forması doldurmalıdırlar.

Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Gürcüstan vətəndaşları üçün Malayziya ərazisinə giriş, çıxış və ya tranzit keçid zamanı vizasız rejim qüvvədədir. Ölkədə qalma müddəti 30 (otuz) gündən çox olmamalıdır.

Bizi WhatsApp – da izləyin.