Hava proqnozu ilə bağlı əhaliyə xəbərdarlıq
Milli Ətraf Mühit Agentliyi hava şəraitinin gözlənilən dəyişməsi ilə bağlı əhaliyə xəbərdarlıq edir.
“23-24 fevral tarixlərində Qara dəniz sahil zolağında fasilələrlə çox güclü külək və 4-6 ballıq fırtına gözlənilir (təhlükə səviyyəsi yüksəkdir)”, – agentlikdən bildirilib.
Pis hava şəraiti səbəbilə Batumidə bələdiyyə xidmətləri fövqəladə rejimdə işləyir. Xüsusi texnika vasitəsilə küçələrin, səkilərin qardan təmizlənməsi və texniki duzun səpilməsi işləri aparılır.
Şəhərin yağış-kanalizasiya sisteminin təmizlənməsi fasiləsiz davam etdirilir. Səfərbər edilmiş 40-dan çox xüsusi texnika və 500-ə yaxın əməkdaş əhalinin təhlükəsizliyini təmin etmək üçün işləyir.