Havanın temperaturu -8 dərəcəyədək enəcək – PROQNOZ

Fevralın 27-dək ölkə ərazisində əksər yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Sinoptiklər bəzi yerlərdə güclü qərb küləyinin əsəcəyini və dənizdə 3-4 bal gücündə fırtına olacağını proqnozlaşdırırlar.

Fevralın 27-dək ölkə ərazisində havanın temperaturunun gecə -5, -8, gündüz isə +3, +4 dərəcə olacağı bildirilir.