Leyla Əliyeva “Rustavi 2” telekanalında yayımlanan musiqi müsabiqəsində iştirak edib – VİDEO

“Rustavi 2” telekanalında yayımlanan “Səsini Göstər” musiqi müsabiqəsi bu dəfə Azərbaycan mədəniyyətinin incə ruhuna və zəngin irsinə səhnə açıb. Yarışmada Gürcüstan Azərbaycanlılarını Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva təmsil edib. O, səhnədə Azərbaycanın xalq artisti Sara Qədimovanın “Küsüb Getdi” mahnısını səsləndirib. Leyla Əliyevanın ifası münsiflər heyəti tərəfindən heyrətlə qarşılanaraq, heyranlıqla alqışlanıb.

Müsabiqədə Leyla Əliyevanın səhnə obrazı da xüsusi diqqət çəkib. Onun geyimi Lamiyə Qaribova tərəfindən hazırlanıb.

Bizi WhatsApp – da izləyin.