Gürcüstanda mədəni irs siyahısında olan məscid yanıb – VİDEO
Ötən gün axşam saatlarında Acara bölgəsinin Xulo bələdiyyəsində mədəni irs siyahısında olan tarixi məscid yanıb.
Yerli mətbuatın yaydığı məlumata görə, Satsixira kəndində baş verən hadisə zamanı xəsarət alan olmayıb. Əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.
Yanğının səbəbi hələ məlum deyil.
Gürcüstan Müsəlmanları İdarəsi dini ocağın yanğın nəticəsində dağılması ilə bağlı dərin kədərini ifadə edib. Qurum məscidin qısa zamanda bərpa olunacağına ümidvarlıq ifadə edib.
Qeyd edək ki, məscidin inşa tarixi XVIII əsrin sonu —XIX əsrin əvvəllərinə aid edilir.
Bizi WhatsApp – da izləyin.