Tbilisidə 2 polis əməkdaşını avtomobillə vuraraq qaçmağa çalışan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyi Ninoşvili küçəsində aparılan istintaq tədbirləri nəticəsində iki nəfəri saxlayıb.

Nazirliyin mətbuat xidmətinin yerli mətbuaya verdiyi məlumata görə, saxlanılma zamanı bir neçə şəxs polisin tələbinə tabe olmayaraq, qaçmağa çalışarkən avtomobillə polis əməkdaşlarını vurublar. Bu zaman hüquq-mühafizə orqanları əməkdaşları xəbərdarlıq atəşi açıblar.

“Daxili İşlər Nazirliyinin əməkdaşları, cinayət işi çərçivəsində, məhkəmə qərarı əsasında, Ninoşvili küçəsində istintaq tədbiri keçiriblər. Bu zaman iki vətəndaş hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbinə tabe olmayıb. Onlar istintaq tədbirindən yayınmaq üçün qaçmağa cəhd edərək, iki polis əməkdaşını avtomobillə vurublar və onlara xəsarət yetiriblər. Bu zaman polis xəbərdarlıq atəşi açıb”, – deyə Daxili İşlər Nazirliyindən bildirib.

Hadisə ilə əlaqədar istintaq Gürcüstan Cinayət Məcəlləsinin 353-cü (vəzifə borcunu yerinə yetirən polis əməkdaşına hücum) maddəsi ilə aparılır.

Bizi WhatsApp – da izləyin.