DƏHŞƏT: 14 yaşlı qız 50 yaşlı kişidən uşaq dünyaya gətirib

Kaxetidə 14 yaşlı qız 50 yaşlı kişidən uşaq dünyaya gətirib. Hadisə azyaşlı uşaq dünyaya gətirdyi zaman ortaya çıxıb. Faktla bağlı istintaq klinikadan təqdim olunan məlumat əsasında başladılıb.

Rustavi2 telekanalının yaydığı məlumata görə, 50 yaşlı kişi qurbanın kiçik bacısına da cinsi zorakılıq edib. Kişi pedofil statusu ilə saxlanılıb. Telavi məhkəməsi onu bütün irəli sürülən ittihamlarda təqsirli hesab edib.

İstintaq məlumatına görə, yetkinlik yaşına çatmayan bacıların dəhşətli hekayəsi 2 il davam edib. Ağır hadisə haqqında məktəbin də məlumatlı olduğu iddia edilir.

Saxlanılan şəxsi 17 il həbs cəzası gözləyir.

Mənbə: RUSTAVİ 2

Bizi WhatsApp – da izləyin.