Azərbaycan Parlamentinin sədri Gürcüstana gəlib – FOTO

Azərbaycan Milli Məclisinin (Parlament) sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.

Şota Rustaveli adına Tbilisi Beynəlxalq havalimanında nümayəndə heyətini parlamentinin sədr müavini Nino Tsilosani, hər iki ölkənin səfirləri Zurab Pataradze, Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın ölkəmizdə rəhbər şəxslərlə ilə bir sıra görüşləri nəzərdə tutulub.

Bizi WhatsApp – da izləyin.