Mart ayının sonunadək havanın temperaturu… – PROQNOZ

Mart ayı ərzində Gürcüstanda hava necə olacaq? – Bu barədə sinoptik Xatuna Qoqozadze mətbuata açıqlama verib.

“15 mart tarixinədək əsasən yağıntısız hava gözlənilir, temperatur əhəmiyyətli dərəcədə artacaq. Qərbi Gürcüstanda temperatur +26 dərəcəyə qədər yüksələcək.

Şərqi Gürcüstanda isə +25 dərəcə qeydə alınacaq. Dağlıq rayonlarda da temperatur yüksələcək.

Yüksək dağlıq ərazilərdə temperaturun 15-16 dərəcəyə qədər artacağı gözlənilir. Lakin yüksək dağlıq ərazilərdə gecə temperatur aşağı olaraq qalacaq ki, bu da qarın intensiv əriməsinin qarşısını müəyyən qədər alacaq.

Ümumiyyətlə, mart ayının ümumi proqnozu normadan 2 dərəcə yüksəkdir və yağıntılar norma ilə müqayisədə daha az olacaq. Mart ayı, necə deyərlər, dəyişkənliyi ilə seçilir.

17-18 mart tarixlərində Qərbi Gürcüstana rütubətli hava kütlələrinin daxil olması və yağıntılı hava gözlənilir, yağış yağma ehtimalı var. Mart ayının xarakterik xüsusiyyətinə uyğun olaraq, bir neçə gün ərzində hava dəyişkən olacaq.

Ayın sonlarına doğru temperatur +27 dərəcəyə çatacaq. Paytaxtda əsasən yağıntısız və günəşli hava müşahidə ediləcək.”, – deyə Xatuna Qoqozadze bildirib.

Bizi WhatsApp – da izləyin.