Rustavi şəhərində iftar süfrəsi təşkil edilib – FOTO

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 16-da Gürcüstana səfər edib.

Komitə sədri R.Məmmədov, Azərbaycan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər Rustavi şəhərindəki parkda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra DQİDK sədri və nümayəndə heyətinin üzvləri Rustavidə təşkil olunmuş iftar süfrəsində iştirak ediblər.

Tədbirdə həmçinin, parlamenin deputatları Savalan Mirzəyev, İrakli Şatakişvili, Rustavi şəhərinin meri Nino Latsabidze, din xadimləri, icma üzvləri iştirak ediblər. Bildirilib ki, iftar süfrəsi DQİDK, Komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycanın Gürcüstandakı səfirliyinin birgə təşkilatçılığı ilə açılıb.

Səfir Faiq Quliyev bildirib ki, bu iftar məclisi xüsusi əhəmiyyət kəsb edir və sevindirici bir hadisədir. Belə tədbirlər həmrəylik, qardaşlıq və birliyimizi bir daha vurğulamağa imkan verir.

DQİDK sədri Ramin Məmmədov deyib ki, Azərbaycan ilə Gürcüstan arasında möhkəm dostluq və qarşılıqlı hörmətə dayanan münasibətlər sadəcə rəsmi məqamdan ibarət deyil. Bu, həmçinin xalqlarımızın bir-birinə olan qardaşlıq və həmrəylik hisslərinin təzahürüdür.

Gürcüstan Parlamentin deputatı İrakli Şatakişvili deyib ki, Azərbaycan bayrağı müsəlman dünyasının rəmzi olan yarım ay və ulduzu üzərində daşıyır. Gürcüstan bayrağı isə xristian dünyasının rəmzi olan xaçı üzərində daşıyır. Bu bayraqların birgə durması birliyimizin göstəricisidir.

Rustavi şəhərinin meri Nino Latsabidze bildirib ki, ramazan ayı həm fiziki, həm də mənəvi təmizlənmə və dinclik gətirir. Bu, insanın ruhunu təmizləyərək həm özünə, həm də cəmiyyətə fayda təmin edir.

Digər çıxış edənlər dünya müsəlmanlarını təbrik edib, insanlara bolluq, firavanlıq, paklıq arzulayıblar.

Bizi WhatsApp – da izləyin.